“Barselona”nın keçmiş yarımmüdafiəçisi İvan Rakitiç vaxtı geri qaytara bilsə, komandanın daha 2-3 dəfə Çempionlar Liqasını qazanacağına əmin olduğunu bildirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, xorvatiyalı futbolçu, vaxtı geri qaytarmaq mümkün olsa, “Barselona”nın hər şeyi düzəldəcəyini bildirib:
“Əminəm ki, vaxtı geri qaytarsaq, “Barselona” hər şeyi düzəldər və daha 2-3 dəfə Çempionlar Liqasını qazanardı. Düşünürəm ki, futbolçular matçlara daha məsuliyyətlə yanaşardılar”.
Rakitiç “Barselona” ilə yalnız bir dəfə ÇL kubokunu qazanmışdı – 2014/15 debüt mövsümündə.
Xorvat futbolçu hazırda Səudiyyə Ərəbistanının “Əş-Şabab” klubunda çıxış edir.