“Real Madrid”in qapıçısı Tibo Kurtua komanda yoldaşı, fransalı hücumçu Kilian Mbappe haqqında danışıb.
Sportinfo.az xəbər verir ki, 32 yaşlı qolkiper 26 yaşlı forvardı ketçup butulkası ilə müqayisə edib:
“Kilian böyük keyfiyyətlərə malik oyunçudur. O, içərisində sousu olan ketçup butulkasına bənzəyir.
Bəzən nə qədər etsən də, tökülmür. Amma birdən ortaya çıxır. Düşünürəm ki, Kilianın oyunlarında da eyni şey olacaq”.
Mbappe ötən yay azad agent kimi Madrid klubuna keçib. O, bu mövsüm komandanın heyətində 19 oyuna çıxıb, 10 qol vurub və 2 məhsuldar ötürmə edib.