“Real”ın keçmiş hücumçusu, hazırda Malayziyanın “Johor Darul Tazim” klubunda çıxış edən Xese Rodriqes Kilian Mbappenin “kral klubu”na keçməzdən əvvəl onunla məsləhətləşdiyini bildirib.
Sportinfo.az “Madrid Universal”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu, Mbappenin İspaniyaya köçməzdən əvvəl onunla danışdığını söyləyib:
“Mbappenin böyük ulduz olacağı aydın idi. O, İspaniyaya köçməzdən əvvəl mənimlə “Real” haqqında danışdı.
Mən ona dedim ki, bu, dünyanın ən yaxşı klubudur, o, “qızıl top”u qazanmaq istəyirsə, ora getməlidir. İndi görək kim qalib gələcək? O, yoxsa Vinisius Junior?”
Mbappe bu yay azad agent kimi “Real”a keçib. 25 yaşlı fransalı forvard bu mövsüm Madrid klubunun heyətində 19 oyun keçirib, 10 qol vurub və 2 məhsuldar ötürmə edib.