UEFA-nın keçmiş prezidenti Mişel Platini “Real”ın hücumçusu Kilian Mbappenin oyunundakı geriləmə haqqında fikirlərini bölüşüb.
Sportinfo.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, Platini, Fransa millisinin forvardının meydanda “itdiyini” bildirib:
“Onu meydanda itmiş kimi görürəm. Böyük bir çempion hər dəfə küllərindən doğulmalıdır. Kilianı böyük bir çempion edəcək şey budur”.
25 yaşlı fransalı forvard son 9 oyunda yalnız iki qol vurub. Mbappe bu həftə Çempionlar Liqasında “Liverpul”la (0:2) oyunda penaltini dəqiq yerinə yetirə bilməyib.