“Ayntraxt”ın (Frankfurt) hücumçusu Ömər Marmuş Avropanın top-klubuna keçə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” misirli futbolçu ilə maraqlanır
. Kataloniya klubunun rəhbəri Xuan Laporta Marmuşu Robert Levandovskinin layiqli əvəzedicisi hesab edir.
27 yaşlı futbolçunun “Ayntraxt”la müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir. O, bu mövsüm 18 matçda iştirak edib, 15 qol vurub və 11 məhsuldar ötürmə verib.