COP29

“Mən etibarlı əllərdəyəm, sanki hər şey çox uzun çəkir”

1 Dekabr 10:40 İspaniya 565
“Mən etibarlı əllərdəyəm, sanki hər şey çox uzun çəkir”

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen zədəsini sağaltmasından danışıb.

Sportinfo.az “sport.es”-ə istinadən xəbər verir ki, almaniyalı qolkiper sağalmasının plana uyğun getdiyini bildirib:

“Mənim sağalmağım plana uyğun gedir. Etibarlı əllərdəyəm. Amma indi elə bir mərhələ var ki, sanki hər şey çox uzun çəkir.

Komanda yoldaşlarımı hər gün görürəm. Mən onlarla daha çox vaxt keçirməyə və məsləhət verməyə çalışıram”.

32 yaşlı qapıçıya dizindən zədə diaqnozu qoyulub.

Ter Ştegenin “Barselona” ilə müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
1 Dekabr 09:25 Futbolun dirçəlişi