“Real"ın gənc ulduzu Arda Gülər karyerasında bir ilk yaşayıb.
Sportinfo.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi Çempionlar Liqası çərçivəsində “Liverpul” ilə keçirilən matçda start heyətdə meydana çıxıb.
19 yaşlı oyunçu karyerasında ilk dəfə Avropanın birinci dərəcəli klub turnirində əsas “11-lik”də yer alıb.
57 dəqiqə meydanda qalan Arda matçın ən yaxşılarından olub. Oyunu 7 balla qiymətləndirilib.
“Liverpul” doğma meydanda “Real”ı 2:0 hesabı ilə məğlub edib.
Gülər ötən ilin iyulun 7-dən İspaniya nəhənginin formasını geyinir.