COP29

“Barselona” elə klubdur ki, burada həmişəlik qalmaq istəyirəm”

12:00 İspaniya 95
“Barselona” elə klubdur ki, burada həmişəlik qalmaq istəyirəm”

“Barselona”nın yarımmüdafiəçisi Pedri klubdakı gələcəyi ilə bağlı sualı cavablandırıb.

Sportinfo.az “Barcelona Noticias”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu “Barselona”da həmişəlik qalmaq istədiyini deyib:

“Mən dəfələrlə demişəm ki, “Barselona” elə bir klubdur ki, burada həmişəlik qalmaq istəyirəm”.

22 yaşlı yarımmüdafiəçi ilə “Barselona” arasında hazırkı müqavilə 2026-cı ilin ortalarına qədər qüvvədədir.

Pedri cari mövsümdə “Barselona”nın heyətində 19 oyunda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Hans-Diter Flikin rəhbərlik etdiyi komanda La Liqada 14 matçdan sonra turnir cədvəlində birinci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti