“Barselona” çətin ki, qış transfer pəncərəsində heyətini gücləndirə bilsin.
Sportinfo.az “Diario Sport”-a istinadən xəbər verir ki, Kataloniya klubu hələ də maliyyə çətinlikləri səbəbindən transfer bazarında istədiyini edə bilmir və yaxın gələcəkdə vəziyyət kəskin şəkildə dəyişməyəcək.
“Barselona” yanvarda heç kimlə müqavilə imzalaya bilməyəcəyinə demək olar ki, əmindir.
Hans-Diter Flikin yetirmələri La Liqada 14 turdan sonra 34 xalla turnir cədvəlinə başçılıq edir. Onun komandası sabah UEFA Çempionlar Liqasında evdə “Brest”lə qarşılaşacaq.