“Barselona”nın hücumçusu Robert Levandovski bildirib ki, gənc nəsil futbolçular onların üzərinə qışqırmağı sevmirlər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, polşalı futbolçu, gənc oyunçularla tarazlıq tapmalı olduqlarını deyib:
“Düşünürəm ki, gənc oyunçular özləri də qışqırmağı o qədər sevmirlər. Bu, dəyişdi.
Nəinki futbolda, həyatda, işdə gənclər bunu o qədər də bəyənmir.
Demək istəmirəm ki, sən onlarla yüksək səslə danışa bilməzsən, amma hər zaman onlara qışqıra bilməzsən. Ona görə də, biz dəyişməliyik, indi tarazlıq tapmalıyıq”.
Levandovskinin 36 yaşı var. O, bu mövsüm 17 matçda iştirak edib, 19 qol vurub.