“Barselona”nın yarımmüdafiəçisi Pedri komanda yoldaşı Mark Kasadoya heyran qaldığını etiraf edib.
Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu, Kasadonun onu çox təəccübləndirdiyini bildirib:
“Mən Kasadonu “pitbul” adlandırıram – təzyiq altında olanda və topu geri qaytarmağa çalışanda o, əsl heyvana çevrilir. O, məni çox təəccübləndirdi”.
21 yaşlı Kasado “Barselana”nın əsas komandasında bu mövsüm debüt edir. Hans-Diter Flik gələnə qədər o, əsasən əvəzedici komandada çıxış edirdi.
Kasado bu mövsüm “Barselona”nın heyətində 15 oyuna çıxıb və 5 məhsuldar ötürmə edib. Onun komandası noyabrın 23-də səfərdə “Selta” ilə qarşılaşacaq.