“Barselona”nın rəhbəri Xuan Laportanın müşaviri Enrik Masip komandanın baş məşqçisi Hans-Diter Flikin işi ilə bağlı fikirlərini bölüşüb.
Sportinfoaz “Marca”-ya istinadən xəbər verir ki, Kataloniya klubunun rəsmisi yeni baş məşqçinin “açarlar”ı tapdığını bildirib:
“Siz Fliki gördüyü işə görə tərifləməlisiz. Eyni zamanda, Xavinin töhfəsini də unutmaq olmaz.
Yeni məşqçi düzgün “açarlar”ı tapdı. İndi texniki təchizat baxımından əla komandamız var. Klub baş məşqçiyə transferlərdə kömək edir”.
Almaniyalı mütəxəssis “Barselona”nı bu yaydan çalışıdırır. Onun komandası İspaniya çempionatında 13 turdan sonra 33 xalla turnir cədvəlinə başçılıq edir.