"Barselona" 137 milyonluq rəsmi instaqram hesabında klub prezidenti Xuan Laportanın Bakıya səfəri ilə bağlı video paylaşıb.
Sportinfo.az xəbər verir ki, 62 yaşlı funksionerin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində paytaxtda keçirdiyi görüşlərin yer aldığı video yayımlanıb.
Bir neçə gün Bakıda səfərdə olan Xuan Laporta Azərbaycanda yeniyetmə futbolçularla görüşüb, Zəfər parkını və Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmişdi.