“Real” hələ “Əl-Nəsr”in mərkəz müdafiəçisi Emerik Laportu transfer etmək üçün danışıqlara başlamayıb.
Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı Madrid klubunun yanvar ayı üçün prioritet transfer hədəfi hesab olunur.
Oyunçunun özünün Madridə köçməkdə maraqlı olduğu barədə söz-söhbətlər yayılsa da, hələ ki, danışıqlar aparılmayıb.
“Real” Laportun bacarıqlarını yüksək qiymətləndirir, lakin hələlik heç bir tədbir görməyib. Müqavilə maliyyə baxımından çətin ola bilər.
30 yaşlı müdafiəçi 2023-cü ilin avqustunda “Mançester Siti”dən “Əl-Nəsr”ə keçib.