“Barselona” bu mövsüm göstərdiyi yaxşı oyuna görə mərkəz müdafiəçisi İniqo Martinesi mükafatlandırmağa hazırdır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu Hans-Diter Flikin rəhbərliyi altında Kataloniya klubunun əsas heyətinin əvəzolunmaz üzvünə çevrilib.
“Barselona” Martinesin performansına o qədər heyran olub ki, onunla yeni müqavilə imzalamağa hazırdır.
Amma hazırkı müqavilədə oyunçunun matçların 60 faizində iştirak edəcəyi təqdirdə, anlaşmanın avtomatik uzadılma variantı nəzərdə tutulub.
Martinesin “Barselona” ilə hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatacaq. O, bu mövsüm 16 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.