"Napoli" və Gürcüstan millisinin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya İspaniyada oynaya bilər.
Sportinfo.az "Sky Sport"a istinadən xəbər verir ki, 23 yaşlı futbolçunu "Barselona" transfer etmək niyyətindədir.
Kataloniya təmsilçisi artıq gürcünün agenti ilə danışıqlara başlayıb.
Xviça Kvaratsxeliya 2022-ci ilin iyulundan “Napoli”də çıxış edir.
O, bu mövsüm 14 matçda iştirak edib, 5 qol vurub və 2 məhsuldar ötürmə verib. Gürcü futbolçunun hazırkı klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi qüvvədədir.
"Barselona" transferin yayda reallaşmasını istəyir.