“Barselona”nın və Niderland millisinin yarımmüdafiəçisi Frenki de Yonq zədəsi haqda danışıb.
Sportinfo.az “Mundo Deportivo-ya istinadən xəbər verir ki, niderlandlı futbolçu yaxşı olduğunu bildirib:
“Mən yaxşıyam. Bir az ağrı hiss edirəm, amma hər şeyin yaxşı olacağını düşünürəm.
Uzun müddət yoxluğum? Çətin vaxtdır. Zədə çox ağrılı idi. Çox oyunları buraxdım, amma ən məyusedicisi Avropa çempionatında oynamamağım idi. İndi mən optimal vəziyyətimə qayıdıram, özümü yaxşı hiss edirəm”.
De Yonq ayaq biləyindəki problemlərə görə bu ilin aprelindən oktyabr ayına kimi meydanda görünməyib.
O, La Liqada “Real Sosyedad”la son matçda (0:1) yenidən diskomfort hiss edib və buna görə də fasilədə əvəzlənib.