COP29

“İndi o, kişi olub, əvvəlki kimi qalmalı, əylənməlidir” – ATA MƏSLƏHƏTİ

12 Noyabr 01:40 İspaniya 384
“İndi o, kişi olub, əvvəlki kimi qalmalı, əylənməlidir” – ATA MƏSLƏHƏTİ

İspaniya millisinin və “Barselona”nın vingeri Lamin Yamalın atası Munir Nazraoui oğlunun bir neçə “qızıl top”u qazana biləcəyinə inanır.

Sportinfo.az “France Football”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçunun atası Yamalın başqaları kimi olmadığını tez başa düşdüyünü bildirib:

“Onun ulduz olduğunu, başqaları kimi olmadığını tez başa düşdüm. Çox erkən yaşlarından uşaq arabasında top var idi.

Mən həmişə ona inanmışam, dostlarıma onun dünyanın ən yaxşı oyunçusu olacağını, əsl almaz olduğunu daima deyirdim. O, meydanda və meydandan kənarda əvvəlki kimi qalmalı, əylənməlidir.

İndi o, kişi olub. Keçən gün bu barədə ona danışdım və göz yaşlarımı saxlaya bilmədim.

Yamalın “qızıl top”a namizəd olması məni təəccübləndirmədi, siz onun bacardıqlarının yalnız 20 faizini görmüsüz.

Mən onu cinah oyunçusu yox, “10 nömrə” hesab edirəm. Onun Zinəddin Zidan kimi mərkəzdə, hücumçunun arxasında oynamaq bacarığı və xarakteri var.

Görəcəksiz. Əllərimi ovuşdururam, “qızıl top”u onun qazanacağını düşünürəm”.

Yamal oktyabrın 28-də keçirilən “qızıl top”un təqdimetmə mərasimində ən yaxşı gənc oyunçu seçilib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 17:30 Çək və bizə göndər!