“Real”ın müdafiəçisi Eder Militao zədəsindən danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, dəstəyə görə hər kəsə təşəkkür edib:
“Mesajlara, dəstəyə və qayğıya görə hər kəsə təşəkkür edirəm.
Bu, sadəcə, qalib gəlmək üçün növbəti döyüşdür və mən bu yol ilə artıq tanışam. Təslim olmaq hekayəmin bir hissəsi deyil”.
Madrid klubunun baş məşqçisi Karlo Ançelotti La Liqanın “Osasuna” ilə matçında (4:0) braziliyalı futbolçunu əvəz etmək məcburiyyətində qalıb.
Daha sonra Militaonun çarpaz bağlarını zədələdiyi məlum olub və o, çətin ki, mövsümün sonuna qədər sağalmağa vaxt tapsın. Futbolçu mart ayında oxşar zədədən sağalıb.