“Barselona”nın hücumçusu Ansu Fati ilə İspaniya klublarından biri maraqlanır.
Sportinfo.az “Transfermarkt”-a istinadən xəbər verir ki, “Real Sosyedad” ispaniyalı futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır.
Fati “Barselona”nın əsas oyunçusu deyil və buna görə də, komandanı dəyişə bilər. Onun klubu ilə arasındakı hazırkı müqavilə 2027-ci ilin ortalarına qədərdir.
22 yaşlı forvard İspaniya çempionatının cari mövsümündə 3 oyun keçirib, qol vurmayıb.