COP29

Enrikedən sonra “Barselona” ilə bunu bacaran ilk məşqçi oldu

8 Noyabr 15:40 İspaniya 247
Enrikedən sonra “Barselona” ilə bunu bacaran ilk məşqçi oldu

“Barselona” azarkeşlərini məhsuldar matçlarla sevindirməkdən yorulmur. Kataloniyalılar Çempionlar Liqasında “Srvena Zvezda” ilə son görüş (5:2) daxil olmaqla, ardıcıl 7 oyunda ən azı 3 qol vurub.

Sportinfo.az “Opta”-ya istinadən xəbər verir ki, Hans-Diter Flik Luis Enrikedən sonra “Barselona” ilə bu göstəriciyə nail olan ilk məşqçi olub.

Kataloniyalılar tarixdə iki dəfə 3 və ya daha çox qol vurmaqla daha çox matç seriyasına nail olublar.

Mütləq rekord 1943-cü ildə Xuan Xose Noqezin rəhbərliyi altında qeydə alınıb – ardıcıl 9 oyun.

Müasir tarixdə ən yaxşı nəticə Pep Qvardiolanın rəhbərliyi altında əldə edilib. Onun dövründə bu hal 2012-ci ildə ardıcıl 8 oyunda baş verib.

Flikin yetirmələri noyabrın 10-da səfərdə “Real Sosyedad”la qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!
13 Noyabr 11:00 Sizin də yeriniz var!