COP29

“Real” fransalını 119 milyon avroya sata bilər - Premyer Liqaya

4 Noyabr 15:20 İspaniya 692
“Real” fransalını 119 milyon avroya sata bilər - Premyer Liqaya

“Liverpul” çempionluq şansını artırmaq üçün qış transfer pəncərəsində heyətini gücləndirmək istəyir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu “Real”ın yarımmüdafiəçisi Orelyen Tçuameni ilə maraqlanır.

Madrid klubu fransalı futbolçunu 100 milyon funt sterlinqə (119 milyon avro) sata bilər. “Qırmızılar” heyətin gücləndirilməsi üçün ciddi məbləğdə pul ödəməyə hazırdırlar.

Tçuameni bu mövsüm bütün turnirlərdə 14 matçda iştirak edib və qol vurmayıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 04:10 Xəzərdə zəlzələ oldu