“Lill”in qapıçısı Lukas Şevalyer karyerasını “Barselona”da davam etdirə bilər.
Sportinfo.az “Diario Sport”-a istinadən xəbər verir ki, Kataloniya klubu Şevalyeri gələn yay üçün potensial gücləndirici hesab edir.
22 yaşlı futbolçunun Fransa klubu ilə 2027-ci ilin ortalarına qədər olan müqaviləsi var. O, Fransa çempionatının bu mövsümündə 10 oyunda çıxış edib və 9 qol buraxıb.