COP29

Futbolçusu ilə bağlı sual millinin baş məşqçisini hirsləndirdi

3 Noyabr 01:30 İspaniya 162
Futbolçusu ilə bağlı sual millinin baş məşqçisini hirsləndirdi

Braziliya millisinin baş məşqçisi Dorival Junior “Real”ın 18 yaşlı hücumçusu Endrikin DÇ-2026-nın noyabr ayında keçiriləcək seçmə mərhələ matçlarında yığmanın heyətində niyə yer almaması ilə bağlı suala sərt cavab verib.

Sportinfo.az “Football Espana”-ya istinadən xəbər verir ki, Dorival futbolçuları hazırlaşdırmağa vaxt olmadığını bildirib:

“Məşq etməyə və futbolçuları yaxşı formada saxlamağa vaxtımız yoxdur! Onlar klublarda özlərini göstərirlərmi? Bu, cavablandırılmalı olan sualdır”.

“Real”la ilk mövsümündə Endrik 9 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Braziliya millisi 10 turdan sonra dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

“Sambaçılar” noyabrın 14-də Venesuela ilə, noyabrın 19-da isə Uruqvayla qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
5 Noyabr 03:50 Növbəti təyinat aldı
5 Noyabr 03:20 Orada bir bizimki var...