“Real”ın prezidenti Florentino Peres komandanın baş məşqçisi Karlo Ançelottinin işindən narazıdır.
Sportinfo.az xəbər verir ki, bu barədə “Relevo” nəşri məlumat yayıb.
Peres italiyalı mütəxəssisin hücumçu Endrik və yarımmüdafiəçi Arda Gülərə az oyun vaxtı verməsindən razı deyil. O, Ançelottinin ingiltərəli yarımmüdafiəçi Çud Bellingemə üstünlük verməsini bəyənmir.
“Kral klubu” İspaniya çempionatının son oyununda “Barselona”ya 0:4 hesabı ilə uduzub. Ançelottinin komandası La Liqanın 11 turundan sonra 24 xal toplayıb və turnir cədvəlində lider “
Barsa”dan 6 xal geri qalaraq, 2-ci pillədə qərarlaşıb.