COP29

Kubokun daha 5 oyunu təxirə salındı – Qasırğaya görə

00:10 İspaniya 82
Kubokun daha 5 oyunu təxirə salındı – Qasırğaya görə

“Dana” qasırğasına görə İspaniya kral kubokunun daha beş oyunu təxirə salınıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya Kral Futbol Federasiyasının mətbuat xidməti “Dana” qasırğasının nəticələri və daşqınlar səbəbindən kubokun daha 5 oyununun təxirə salındığını açıqlayıb.

Bundan əvvəl “Parla Eskuela” – “Valensiya” və “Pontevedra” – “Levante” matçları müvafiq olaraq 6 və 11 noyabra təxirə salınmışdı.

Təxirə salınan oyunların siyahısına indi “Manises” – “Xetafe” (təxmin edilən tarix daha sonra bəlli olacaq), “Ejea” – “Herkules” (6 noyabr), “Jove” – “Real Sosyedad” (təxirə salınma tarixi daha sonra bəlli olacaq), “Xeres” – “Seuta” (6 noyabr) və “Chiclana” – “Osasuna” (5 noyabr) matçları əlavə olunub.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 08:30 "Sabah" 10:0-ı da gördü