“Arsenal”ın keçmiş yarımmüdafiəçisinin 17 yaşlı oğlu “Real”ın əsas komandasına yüksəlib.
Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, sözügedən oyunçu London klubunun keçmiş futbolçusu Xose Antonio Reyesin oğlu Xose Antonio Reyes Lopesdir.
Lopesin atası 2004-cü ildə “Arsenal”a 17 milyon funt sterlinqlik transferini tamamlamadan əvvəl karyerasına “Sevilya”da başlayıb.
Reyes İngiltərə klubunda üç il keçirib, bundan sonra “Real”, “Atletiko”, “Benfika”, “Sevilya” və bir sıra digər klublarda çıxış edib.
İndi onun oğlu “Real”ın gənclər komandasında yaxşı oyun nümayiş etdirərək, Karlo Ançelottinin idarə etdiyi əsas komandada məşqlərə dəvət alıb.
İspaniya millisinin keçmiş üzvü olan Xose Antonio Reyes 2019-cu ildə, maşın yolunda hərəkət edərkən “Mercedes” markalı avtomobilin arxa sol təkərinin partlaması nəticəsində faciəvi şəkildə həlak olub.