“Barselona”nın sabiq baş məşqçisi Xavi paltardəyişmə otağında atmosferi yaxşılaşdırmaq üçün qeyri-adi addımlar atırmış.
Sportinfo.az ABC-yə istinadən xəbər verir ki, ispaniyalı çalışıdırıcı “Barsa”ya rəhbərlik edərkən paltardəyişmə otağına şaman dəvət edib.
O, otağı pis ruhlardan təmizləməyə çalışıb.
Xavi 2023/2024-cü il mövsümünün sonunda “Barselona”nın baş məşqçisi postunu tərk edib. Hazırda komanda ilə alman mütəxəssis Hans-Diter Flik işləyir.
Kataloniyalılar İspaniya çempionatının turnir cədvəlində “Real”ı 6 xal qabaqlamaqla 1-ci yerdə qərarlaşıb.