COP29

"Bu klubun formasını geyinsən, uyğunlaşmaq üçün vaxtın yoxdur”

25 Oktyabr 22:00 İspaniya 102
"Bu klubun formasını geyinsən, uyğunlaşmaq üçün vaxtın yoxdur”

Fransa millisinin və “Arsenal”ın sabiq hücumçusu Tyeri Anri həmyerlisi Kilian Mbappenin “Real”dakı karyerasını şərh edib.

Sportinfo.az “Footmercato”-ya istinadən xəbər verir ki, fransalı keçmiş futbolçu, çox vaxt oyunçuların yeni kluba uyğunlaşması üçün vaxt lazım olduğunu bildirib:

“Çox vaxt oyunçuların yeni kluba uyğunlaşması üçün vaxt lazımdır. Ancaq “Real”ın formasını geyinsən, belə vaxtın yoxdur”.

Mbappe Madrid klubunun sıralarına 2024-cü ilin yayında qoşulub. O, “kral klubu” ilə 5 illik müqavilə imzalayıb.

25 yaşlı forvard cari mövsümdə 11 matçda iştirak edib, 7 qol vurub və 1 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 18:10 Çək və bizə göndər!
25 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
25 Oktyabr 11:20 Siyasətin arzuları