COP29

“Real”da ciddi problem - “Barselona” ilə oyundan əvvəl

21:40 İspaniya 77
“Real”da ciddi problem - “Barselona” ilə oyundan əvvəl

“Real” Çempionlar Liqasında Dortmund “Borussiya”sına 5:2 hesabı ilə qalib gəlib.

Karlo Ançelottinin komandası indi həftə sonu keçiriləcək “el klasiko”ya hazırlaşacaq.

“Real” oktyabrın 26-da “Santyaqo Bernabeu”da “Barselona”nı qəbul edəcək.

Sportinfo.az “kral klubu”nun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın qapıçısı Tibo Kurtua “Borussiya” ilə dünən keçirilən matçda zədələnib.

Belçikalıya sol ayağının əlavə əzələsinin xəsarət alması diaqnozu qoyulub. Onun bərpa müddəti dəqiqləşməyib.

Belə ki, Kurtuanın “Barsa” ilə La Liqa çərçivəsində keçirəcəkləri matçı buraxacağı aydındır. Belə olan halda, qapını ukraynalı qolkiper Andrey Lunin qoruyacaq.

Daha əvvəl “Real”ın hücumçusu Rodriqonun da “el klasiko”nu buraxacağı bildirilirdi.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?