COP29

“Şəxsən mənə elə gəlir ki...” - La Liqanın prezidenti

01:40 İspaniya 63
“Şəxsən mənə elə gəlir ki...” - La Liqanın prezidenti

La Liqanın rəhbəri Xavyer Tebas İspaniya çempionatının 11-ci turu çərçivəsində keçiriləcək “Real” – “Barselona” oyunu ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, funksioner “Real”ın hazırda böyük çətinliklə qələbələr qazandığını bildirib:

“İndiki vəziyyətdə “Barsa”nın qalib gəlmək üçün hər şansı var. “Real” hazırda böyük çətinliklə qələbələr qazanır.

Hər kəsin qalib gələ biləcəyi bir matç daha maraqlı olacaq. Şəxsən mənə elə gəlir ki, kataloniyalılar indi yüksəlişdədir.

Bu səbəbdən, onlar “el klasiko”nun favoriti görünürlər”.

“Real” – “Barselona” matçı oktyabrın 26-da, Madriddəki “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?
22 Oktyabr 04:00 Anna AFFA-nın binasında
22 Oktyabr 01:10 Rayon klubundan bir ilk