COP29

“Qəzəbləndi, amma bu uşaqların bir-biri ilə heç bir problemi yoxdur” - İnsidentdən danışdı

21 Oktyabr 01:40 İspaniya 192
“Qəzəbləndi, amma bu uşaqların bir-biri ilə heç bir problemi yoxdur” - İnsidentdən danışdı

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandanın futbolçuları Vinisius Junior və Çud Bellingem arasında yaranmış münaqişə vəziyyətini şərh edib.

Sportinfo.az “Madrid Universal”-a istinadən xəbər verir ki, o, futbolçular arasında bir problemin olmadığını bildirib:

“Bellingem güclü xarakterə malikdir, ona görə də, həmin epizodda Vinisiusa qəzəbləndi. Amma bu uşaqların bir-biri ilə heç bir problemi yoxdur”.

Oyunun bir epizodunda ingilis futbolçu braziliyalı oyunçuya ötürmə vermədiyi üçün əsəbiləşib.

“Real“ dünən səfərdə “Selta” ilə qarşılaşıb (2:1). Bu görüşdən sonra madridlilər 24 xal toplayaraq, İspaniya çempionatının turnir cədvəlində ikinci pillədəki yerini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti