COP29

“Fərziyyələri müzakirə etmək fikrində deyiləm, gördüyümüz işlərdən danışa bilərik”

20 Oktyabr 13:10 İspaniya 210
“Fərziyyələri müzakirə etmək fikrində deyiləm, gördüyümüz işlərdən danışa bilərik”

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti adı təcavüz qalmaqalında hallanan futbolçusu Kilian Mbappe haqda danışıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

“Mbappe özünü çox yaxşı hiss edir. O, vəziyyətini yaxşılaşdırmaq üçün fasilədən istifadə etdi.

Qayıtmağı səbirsizliklə gözləyir və komanda üçün vacib olmaq istəyir. Bu 15 günlük fasilə (milli komandaların oyunları üçün) ona çox kömək etdi.

Fərziyyələri müzakirə etmək fikrində deyiləm. Gördüyümüz işlərdən danışa bilərik ancaq. Həftə sonlarını harada keçirəcəklərinə futbolçular özləri qərar verirlər”, - Ançelotti deyib.

Digər Xəbərlər
Xəbər Lenti