COP29

Klub prezidenti bu futbolçunu neçəyə aldıqlarını AÇIQLADI

00:20 İspaniya 65
Klub prezidenti bu futbolçunu neçəyə aldıqlarını AÇIQLADI

“Barselona”nın prezidenti Xuan Laporta yayda “Leyptsiq”dən yarımmüdafiəçi Daniel Olmonu hansı qiymətə aldıqlarını açıqlayıb.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbəri əvvəllər investisiyalarla bağlı problemlərinin olduğunu bildirib:

“Əvvəllər investisiyalarla bağlı problemlərimiz var idi, lakin bu vəziyyətlə idman direktorumuz Deku məşğul olurdu.

Bizim yeganə alışlarımız Olmo və Pau Viktor idi. Biz böyük alışlar üçün 50 milyon avro məbləğində müzakirələr apardıq, lakin Olmo bizə 47 milyona başa gəldi”.

“Barselona”nın daha əvvəl 26 yaşlı ispaniyalı futbolçu üçün 55 milyon avro ödədiyi barədə məlumatlar ortaya çıxmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 23:20 Həzz dəqiqələri… BEŞ
19 Oktyabr 18:50 Çək və bizə göndər!
19 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 10:40 Bayılda səslənən SOS!
19 Oktyabr 08:20 Kimlər iş başına keçir?
19 Oktyabr 03:50 "Neftçi" pis başladı