COP29

Klub rəhbərliyi iclas keçirdi - Təcavüz qalmaqalına görə

10:20 İspaniya 146
Klub rəhbərliyi iclas keçirdi - Təcavüz qalmaqalına görə

“Real Madrid” rəhbərliyi komandanın hücumçusu Kilian Mbappe ətrafında yaranmış qalmaqallı vəziyyətlə bağlı təcili iclas keçirib.

Sportinfo.az xəbər verir ki, bu barədə insayder Romen Molina məlumat yayıb.

Onun sözlərinə görə, “kral klubu”nun rəhbərliyi hücumçu ilə bağlı vəziyyəti müzakirə edib.

AFP nəşrinin məlumatına görə isə, Madrid klubun fransalı hücumçusunu Stokholma səfəri zamanı yaranmış təcavüz iddiaları fonunda dəstəkləyir.

“Real” Mbappe ilə bağlı vəziyyəti idman tarixinin ən böyük saxtakarlığı adlandırıb.

İspaniya nəhəngi hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Ulduz futbolçusu İsveçdə zorlama və cinsi qısnamada şübhəli bilinir.

Digər Xəbərlər
Xəbər Lenti