COP29

“Komanda qurmağa davam edirik, indi çoxlu əla futbolçularımız var”

00:00 İspaniya 255
“Komanda qurmağa davam edirik, indi çoxlu əla futbolçularımız var”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turunda Serbiya yığmasına qalib gəldikləri (3:0) oyun haqda danışıb.

Sportinfo.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı komandanın çıxışını belə davam etdirməsini istədiyini bildirib:

“Oyunumuzu bəyəndim. Komandanın çıxışını belə davam etdirməsini istəyirəm.

Yüksək səviyyədə bir matç oldu. Komanda qurmağa davam edirik.

İndi çoxlu əla futbolçularımız var. Komanda qrupda qalan görüşlərdə qalib gəlib pley-offa yüksəlmək əzmindədir”.

İspaniya yığması 4 oyundan sonra 10 xal toplayıb və qrupda 1-ci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 17:40 Ölmə, eşşəyim, ölmə!
16 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
16 Oktyabr 11:00 Görün, nə olacaq!
16 Oktyabr 03:00 II Liqa: Bunlar AÇIQLANDI