COP29

Sabiq baş məşqçi və köməkçilərindən tələb etdilər: “iPhone”ları geri qaytarın!”

15 Oktyabr 00:10 İspaniya 827
Sabiq baş məşqçi və köməkçilərindən tələb etdilər: “iPhone”ları geri qaytarın!”

“Barselona” ilə keçmiş baş məşqçisi Xavinin ayrılması yaxşı alınmadı.

Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, Kataloniya klubu Xavi və onun keçmiş məşqçilər heyətinin üzvlərinə tələb irəli sürüb.

Belə ki, klub Xavidən və çevrəsindən “Apple” cihazlarını – “iPad” və “iPhone”ları geri qaytarmalarını istəyir.

“Barselona” bu cihazları məşqçilərə iş üçün verib. Xavi gedəndən sonra avadanlıqlar geri qaytarılmayıb.

Göründüyü kimi, Xavi ilə klub prezidenti Xuan Laporta arasında münasibətlər hələ də gərgin olaraq qalır.

Kataloniyalıları hazırda almaniyalı mütəxəssis Hans-Diter Flik çalışdırır. Komanda La Liqanın turnir cədvəlində 1-ci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti