“Real”ın yarımmüdafiəçisi Arda Gülərin komandadan ayrıla biləcəyi iddia edilir.
19 yaşlı futbolçu Madrid klubunun əsas heyətində tez-tez meydana çıxmır. Baş məşqçi Karlo Ançelotti adətən ondan əvəzedici kimi yararlanır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bütün söz-söhbətlərə baxmayaraq, Gülər yanvarda “Real”dan ayrılmaq niyyətində deyil.
Türkiyəli gənc Madriddə qalmaq və komandada yer almaq üçün mübarizəni davam etdirmək istəyir. O, komandadakı hazırkı rolundan üzülmür.
Arda bu mövsüm “Real”ın 10 matçında qol vurmadan iştirak edib.