COP29

"Hücumçularımızın arxasınca qaçmağın əleyhinə deyiləm”

14 Oktyabr 00:20 İspaniya 1 046
"Hücumçularımızın arxasınca qaçmağın əleyhinə deyiləm”

“Real”ın yarımmüdafiəçisi Federiko Valverde komandanın hücumçuları üçün müdafiədə işləməyə hazır olduğunu bildirib.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, o, bunu deyib:

“Elə oyunçular var ki, onların özünü müdafiə etməyə ehtiyacı yoxdur. Şəxsən mən hücumçularımızın arxasınca qaçmağın əleyhinə deyiləm ki, onlar bundan yararlana bilsinlər.

Hücum edən oyunçuların vaxtaşırı bizə kömək etməsi əladır. Lakin müdafiəçilərlə bağlı vəziyyət oxşardır: heç kim onlardan 90 dəqiqə ərzində hücuma keçəcəyini gözləmir”.

Uruqvaylı futbolçu bu mövsüm bütün turnirlərdə 12 matçda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.

Onun Madrid klubu ilə müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti