Bu yaxınlarda “Barselona”ya keçən qapıçı Voyçex Şesnı transferi haqda danışıb.
Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, bunu deyib:
“Mən Mark-Andre ter Ştegenlə əlaqə saxlamışammı? Biz onu gördük. Ağır zədə almasına baxmayaraq, yaxşıdır.
Mən bura uzun müddətə onu əvəz etmək üçün gəlməmişəm. Mən ona kömək etmək istəyirəm”.
34 yaşlı futbolçu komandanın zədəli olan qapıçısı Mark-Andre ter Ştegeni əvəzləmək üçün çağırılıb.
Şesnı bu ilin yayında futbolçu karyerasını bitirdiyini açıqlasa da, “Barselona”ya görə geri qayıtmaq qərarına gəlib.