COP29

İspaniyada qiyməti ən çox bahalaşan futbolçu kimdir? – SİYAHI AÇIQLANDI

11 Oktyabr 21:40 İspaniya 2 223
İspaniyada qiyməti ən çox bahalaşan futbolçu kimdir? – SİYAHI AÇIQLANDI

“Transfermarkt” portalının səhifələrində İspaniya La Liqasında çıxış edən bəzi futbolçuların qiymət etiketləri yenilənib.

Sportinfo.az portala istinadən xəbər verir ki, ən çox bahalaşan futbolçu “Barselona”nın yarımmüdafiəşisi Lamin Yamal olub.

Onun qiyməti 30 milyon avro artıb və hazırda 150 milyona çatıb.

İkinci yeri “Real”ın hücumçusu Vinisius Junior və “Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes bölüşüblər.

Onların hər biri 20 milyon avro bahalaşıb. Hazırda Vinisius 200 milyon, Lopes isə 50 milyon avro dəyərində qiymətləndirilir.

Vinisius dünyanın ən bahalı futbolçuları siyahısında birinci olan “Mançester Siti”nin norveçli forvardı Erlinq Halanda çatıb. Braziliyalı hücumçu bu il “qızıl top”a əsas namizəd hesab olunur.

Digər Xəbərlər
Xəbər Lenti