COP29

“Üçüncü olmaqdan razıyıq? Yox, bu mənim üçün kifayət deyil"

10 Oktyabr 15:20 İspaniya 1 738
“Üçüncü olmaqdan razıyıq? Yox, bu mənim üçün kifayət deyil"

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone La Liqadakı rəqabətdən danışıb.

Sportinfo.az ESPN-ə istinadən xəbər verir ki, argentinalı çalışdırıcı üçüncü olmaqdan razı qalmadığını bildirib:

“Üçüncü olmaqdan razıyıq? Yox, bu mənim üçün kifayət deyil, amma reallıq budur.

Klubun məqsədi burada işlədiyim əvvəlki 12 ildə olduğu kimi böyüməyə davam etmək və hər mövsümün sonunda UEFA Çempionlar Liqasına vəsiqə qazanmaqdır.

Əlbəttə ki, La Liqanı qazanmaq istəyirik, lakin biz Avropanın bəlkə də, ən yaxşı iki komandasına qarşıyıq. Ona görə də, titul qazanmaq məqsədi bizim üçün çətindir”.

“Atletiko” hər il “Real” və “Barselona”dan sonra çempionluq tituluna üçüncü iddiaçı hesab olunur.

Digər Xəbərlər
Xəbər Lenti