“Barselona”nın vingeri Lamin Yamal komandasının cari mövsümdəki nəticələri barədə danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, baş məşqçi Hans-Diter Flikin oyun üslubundan razı olduqlarını söyləyib:
“Bu mövsümdən həzz alırıq. Biz Flikin oyun üslubundan razıyıq. Onun futbolu tələbkardır.
\Amma günün sonunda topa qalib gələndə oyuna nəzarət edirsən. Flik oyunçunun az və ya çox oynamasından asılı olmayaraq hər kəsə çox yaxındır”.
Yamal hazırkı İspaniya çempionatında artıq 4 qol vurub və 5 məhsuldar ötürmə edib.
Kataloniya klubu İspaniya çempionatının lideri kimi “Real”dan 3 xallıq fərqlə öndədir.