“Real Madrid”in hücumçusu Kilian Mbappe azarkeşlərin səsverməsinə əsasən sentyabr ayı üçün klubun ən yaxşı futbolçusu seçilib.
Sportinfo.az xəbər verir ki, fransalı hücumçu sorğuda Dani Karvahal, Rodriqo, Eder Militao və Vinisius Junioru qabaqlayıb.
Mbappe ötən ay “kral klubu”nun heyətində meydana çıxdığı 5 matçda 6 qol vurub.
Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 180 milyon avrodur.