COP29

İspaniya klubunun yeni baş məşqçisi bilindi - 2025-ci ilin yayına qədər

18:20 İspaniya 1 004
İspaniya klubunun yeni baş məşqçisi bilindi - 2025-ci ilin yayına qədər

“Las Palmas”ın yeni baş məşqçisi məlum olub.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Dieqo Martineslə 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb.

Martines bir gün əvvəl istefaya göndərilən Luis Karrionu əvəz edib. Onun son iş yeri 2023-cü ilin iyulundan dekabrına kimi rəhbərlik etdiyi “Olimpiakos” (Yunanıstan) olub.

43 yaşlı mütəxəssis buna qədər “Espanyol”, “Qranada”, “Osasuna” və digər klublarda çalışıb.

“Las Palmas” 9 turdan sonra La Liqada 3 xalla 20-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti