“Barselona"nın və İspaniya millisinin sabiq futbolçusu Andres İnyesta karyerasını başa vurduğunu açıqlayıb.
Sportinfo.az xəbər verir ki, futbolçu bu haqda sosial şəbəkə hesablarında yazıb.
İnyesta 2002-2018-ci illərdə “Barselona”nın əsas komandasında çıxış edib, 650-dən çox oyun keçirib, 9 qat İspaniya çempionu, 4 dəfə Çempionlar Liqasının, 6 dəfə İspaniya kubokunun qalibi olub.
O, 2018-ci ildə Yaponiyanın “Vissel Kobe” klubuna keçib və orada beş mövsüm çıxış edib.
İnyestanın son komandası 2024-cü ilin yayında azad agent kimi tərk etdiyi Birləşmiş Ərəb Əmirliklərinin “Emireyts”i olub.