“Nitsa”nın polşalı qapıçısı Marçin Bulka karyerasını İspaniyanın top-klubunda davam etdirə bilər.
Sportinfo.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Barselona” 25 yaşlı qolkiperin xidmətində maraqlıdır.
Kataloniya klubu Bulkanı bir müddət əvvəl zədələnən almaniyalı qolkiper Mark-Andre ter Ştegenə əvəzləyici hesab edir.
Bulkanın “Nitsa” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir. Onun transfer dəyəri 20 milyon avrodur. Futbolçu cari Liqa 1 mövsümündə 7 oyun keçirib, 7 qol buraxıb.