COP29

Ondan İngiltərə klubuna getməməyi xahiş etdi - "Real”

15:40 İspaniya 439
Ondan İngiltərə klubuna getməməyi xahiş etdi -

“Real”ın hücumçusu Rodriqo yay transfer pəncərəsində “Mançester Siti”yə keçə bilərmiş.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” “Atletiko”ya gedən Xulian Alvaresi əvəz edə biləcək hücumameyilli oyunçunun transferi üçün xeyli pul xərcləməyə hazır idi.

İngiltərə klubu yayın son günlərində Rodriqonu şirnikləndirməyə çalışıb.

Braziliyalı futbolçunun özü “Mançester Siti”də oynamaq perspektivinə müsbət yanaşıb, lakin “Real” Səudiyyə Ərəbistanından təklifləri olan Vinisius Juniora görə ondan getməməyi xahiş edib.

Hər iki braziliyalı forvard “kral klubu”nda qalıb. Buna baxmayaraq, “şəhərlilər” yaxın gələcəkdə Rodriqonu almaq fikrinə qayıda bilər.

Digər Xəbərlər
Xəbər Lenti
3 Oktyabr 22:20 Problem tək Emindirmi?