“Barselona”da çıxış edən yarımmüdafiəçi Rafinya qış transfer pəncərəsində komandasını dəyişə bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə “transfermarkt” portalı məlumat yayıb.
Braziliyalı futbolçunun karyerasını İngiltərə çempionatında davam etdirmək variantı var. “Mançester Yunayted” onun transferində maraqlıdır.
Rafinyanın bazar dəyəri 50 milyon avrodur. Onun “Barselona” ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin ortalarına kimi hesablanıb.
27 yaşlı vinger 2022-ci ildən “Barsa”da çıxış edir. O, Kataloniya klubuna keçməzdən əvvəl Premyer Liqa komandalarından “Lids”də çıxış edib.