COP29

Karyerasını bitirən qapıçı ilə müqavilə imzalandı – SÜRPRİZ TRANSFER

00:20 İspaniya 154
Karyerasını bitirən qapıçı ilə müqavilə imzalandı – SÜRPRİZ TRANSFER

“Barselona” polşalı qapıçı Voyçex Şensnını heyətinə qatıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

34 yaşlı kiper “Barselona” ilə 1 illik müqavilə imzalayıb. O, İspaniya klubuna azad agent kimi transfer olunub.

Transferin gözlənilməzliyinə səbəb Voyçex Şensnının bu yay karyerasını bitirməsi olub. Bununla yanaşı o, həmin vaxt bildirmişdi ki, “Barselona” kimi klubdan təklif alarsa, buna etinasız yanaşa bilməz.

V. Şensnının son klubu “Yuventus” olub.

Digər Xəbərlər
Xəbər Lenti
2 Oktyabr 18:10 Çək və bizə göndər!
2 Oktyabr 02:50 Yığmamız ruslara uduzdu